30 yanvar 2014 13:55
Qəbələ Marat İzmaylovu hədəfləyib
“Qəbələ” “Portu”nun rusiyalı yarımmüdafiəçisi Marat İzmaylovu hədəfə alıb. Azerisport.az xəbər verir ki, “radarlar” futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək istəyir.
“Lokomotiv”in yetirməsi Yuri Syominə mütəxəssisin “dəmiryolçular”ı çalışdırdığı vaxtdan tanışdır. 2007-ci ildən İzmayılov Portuqaliyada çıxış edir. Futbolçu əvvəlcə “Sportinq”, sonra isə “Portu”nun şərəfini qoruyub.
(“Qəbələ”nin rəsmi Facebook səhifəsi)
