30 yanvar 2014 13:13
Srvena Zvezda Qəbələnin sabiq futbolçusunu almaq istəyir
“Qəbələ”nin sabiq müdafiəçisi Deyan Kelxar “Srvena Zvezda”nın hədəfindədir. Azerisport.az Serbiya KİV-nə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Slavişa Stoyanoviç Sloveniya yığmasının futbolçusunu bu həftə komandanın heyətinə qatmaq istəyir.
Qeyd edək ki, hazırda Deyan Kelxar azad agentdir.
