Tacikistan yığmasının hücumçusu AZAL-da
Futbol üzrə Tacikistan yığmasının hücumçusu Axtam Xamrokulov AZAL-la iki il yarımlıq müqavilə bağlayıb. Azerisport.az Tacikistan futbol federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, son üç mövsümü “Reqar-TadAZe” (Tursunzadə) komandasında keçirmiş Xamrokulov AZAL-ın toplanışlarında iştirakdan sonra bəyənilib.
Topalnış çərçivəsində beş oyunda forma geymiş tacik futbolçu bir oyunda “het-trikə”, digər oyunda isə “dubla” imza atıb. Futbolçu yeni komandasında 22 nömrə altında çıxış edəcək.
Qeyd edək ki, Axmat Xamrokulov Kurqan-Tyubinsk futbol məktəbinin yetirməsidir. Futbolçu 2005-ci ildə “Vaxş”ın heyətində 11 qol vuraraq Tacikistan çempionatının bombardiri olub. Xamrokulov “Safarbek Karimov” (Xurosan), “Maşal” (Özbəkistan), TadAZe” (Tursunzadə) komandalarında top qovub. Tacikistan yığmasının heyətində 9 oyun keçirib və üç qol vurub.
