29 yanvar 2014 00:22
Şəfa stadionunda 4-cü tribuna inşa olunacaq
"Şəfa" stadionunun təmirinin ilk mərhələsi yazda başa çatacaq. Azerisport.az xəbər verir ki, "İnter"in prezidenti Georgi Nikolovun saytımıza verdiyi məlumata görə otel-restoranın inşası sona çatıb.
Hazırda təmir işləri yekunlaşmaq üzrədir. Buna görə də kompleksin yazda təntənəli açılış mərasimi olacaq. İlin sonlarında isə stadionda 4-cü tribunanın tikintisı başlanacaq. Əlavə meydançalar bir qədər böyüdüləcək. "Şəfa" İdman Kompleksinin bütövlükdə təmiri 2015-ci ildə yekunlaşacaq.
