29 yanvar 2014 18:44
Kəpəz Turan-T-yə qalib gəldi
Birinci divizion təmsilçiləri Gəncənin “Kəpəz” və Tovuzun “Turan-T” komandaları Tovuzda yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, “Kəpəz” 1:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, bir neçə gün əvvəl “Kəpəz” yoldaşlıq görüşündə Qusarın “Şahdağ” komandasını 2:1 hesabı ilə məğlub etmişdi.
