29 yanvar 2014 18:33
AFFA Sumqayıtın oyunçusuna beş oyunluq cəza kəsdi
AFFA-nın İntizam Komitəsi "Sumqayıt"ı cərimələyib. Azerisport.az xəbər verir ki, buna səbəb Sumqayıt klubunun futbolçusunun azarkeşləri təhqir etməsi və hakimə təzyiq göstərməsi olub.
Belə ki, 23 dekabr 2013-cü il tarixdə U-17 Liqasının “Sumqayıt” – “İnter” matçının 45-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu İbrahim Abdullayev azarkeşləri təhqir edib. Bununla kifayətlənməyən Abdullayev oyun başa çatdıqdan sonra hakimə qarşı fiziki təsir göstərməyə cəhd edib. Bu səbəbdən gənc futbolçu 5 oyunluq cəzalandırılıb.
Bundan başqa oyunun 62-ci dəqiqəsində “İnter”in futbolçusu Ozal Həsənovla İsgəndər Paşalı aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 4 oyunluq cəzalandırılıb.
