29 yanvar 2014 18:10
Qəbələ Sumqayıtla oyuna tam heyətlə hazırlaşa bilmir
Yanvarın 28-də səhər saatlarında Türkiyədən vətənə dönən "Qəbələ" bir günlük istirahətin ardından bu gün təlim-məşq prosesini bərpa edib. Azerisport.az xəbər verir ki, həftəsonu - yanvarın 1-də səfərdə "Sumqayıt"la qarşılaşacaq "qırmızı-qaralar" matçın hazırlıqlarını paytaxtda keçirir.
"Bakı" Futbol Klubunun təlim-məşq bazasında baş tutan məşq prosesinə komanda tam heyətlə qatılıb. Zədəsi sağalan Lorenzo Ebesilio artıq komanda ilə məşqlərə başlayıb. Bərpa prosesi keçən Daniel Subotiç və Rail Məlikov komandadan ayrı çalışıb.
