29 yanvar 2014 17:57
Sloveniya - Azərbaycan matçı portuqal və rumın hakimlərə tapşırıldı
Yanvarın 31-də AÇ-2014-ün qrup mərhələsi çərçivəsində Sloveniya ilə ilk oyuna çıxacaq Azərbaycan yığmasının bu görüşünü idarə edəcək hakimlər açıqlanıb. Azerisport.az xəbər verir ki, sloveniyalılarla oyun portualiyalı və rumıniyalı hakimlərə tapşırılıb.
Qarşılaşmanın birinci hakimi Portuqaliyadan olan Eduardo Fernandes Koelyo, ikinci hakimi isə Rumıniyadan olan Boqdan Soreskudu.
Qeyd edək ki, Sloveniya - Azərbaycan matçı yanvarın 31-də Belçikanın Antverpen şəhərindəki "Lotto Arena"da keçiriləcək.
