29 yanvar 2014 17:00
Həmzə Ait Uamar: Ümid edirəm ki, məşqçi Bakıya keçidimi əngəlləməyəcək
“Bakı”nın hədəfində olan Əlcəzairin “Əl Xarraş” klubunun yarımmüdafiəçisi Həmzə Ait Uamar mümkün keçidin həyata keçməsinə ümidli olduğunu dilə gətirib. Azerisport.az xəbər verir ki, Uamar bunları söyləyib:
“Çox ümid edirəm ki, baş məşqçi Bualem Şaref “Bakı”ya keçidimi əngəlləməyəcək. Artıq 27 yaşım olduğunu nəzərə alsaq, bir daha Avropada oynamaq şansımın olmayacağını düşünürəm. Məşqçinin anlaşığına ümid edirəm”.
