29 yanvar 2014 16:00
Braziliyalının Xəzər Lənkərana keçidi baş tutmadı
Bolqarıstan ÇSKA-nın braziliyalı yarımmüdafiəçisi Marsinyonun “Xəzər Lənkəran”a keçidi baş tutmayıb. Azerisport.az xəbər verir ki, Sofiya klubunun 250 min avroluq istəyinə “gəmiqayıranlar” “yox” deyib.
Futbolçunun klubu ilə müqaviləni uzadacağı ehtimal edilir.
