29 yanvar 2014 15:31
Bakı tunisli yarımmüdafiəçi ilə anlaşa bilər
“Bakı” Bolqarıstanın “Lokomotiv” (Plovdiv) komandasının hücumameylli yarımmüdafiəçisi Ticani Belaidlə müqavilə imzalamağa hazırlaşır. Azerisport.az Fransa KİV-nə istinadən xəbər verir ki, 27 yaşlı tunisli futbolçu Bolqarıstan klubuna yaxınlarda keçib (2013-cü ilin noyabr ayı).
Buna rəğmən, futbolçu klubu tərk etmək istəyindədir. Belaid əvvəllər “İnter” (Milan), “PSV Eyndhoven”, Slaviya (Çexiya), “Hall Sity” (İngiltərə), APOEL (Kipr), “Yunion Berlin” (Almaniya), “Moreyrense” (Portuqaliya) komandalarında çıxış edib. Belaid həmçinin, 06-209-cu illərdə Tunis yığmasında çıxış edib və 18 oyun keçirib.
