29 yanvar 2014 01:33

Qış bazarlığının ən maraqlı əcnəbi beşliyi

Dünən azerisport.az öz versiyası üzrə TPL klublarının qış transfer pəncərəsi zamanı əldə etdiyi ən maraqlı yerli transfer “xəmsə”sini diqqətinizə çatdırmışdı. Bu dəfə növbə əcnəbilərindir. Beləliklə:

 

Rafael Santos (Braziliya)

Ünvan: Azan agent qismində “Qəbələ”yə

Rafael Alves Dos Santos karyerasını Braziliyanın “Ponta Preta” komandasında başlayıb. Dörd mövsüm “Atletiko Paranaense”nin şərəfini qoruyub. Bu müddətdə icarə əsasında İtaliyaya yollanaraq “Boloniya”nın şərəfini qoruyub. İtaliya “A” seriyasında cəmi iki oyun keçirmiş Rafael Santos, 2012-ci ildə Kiyev “Arsenal”ına satılıb. Ötən il topçular müflis olduqdan sonra, bir müddət Braziliyada məşq etmiş futbolçu Yuri Syominin təklifini qəbul edərək ölkəmizə üz tutub. Rafael Santos həftəsonu TPL-də debüt edə bilər.

 

Tyeqo (Braziliya)
Ünvan: “Fiqeyrense”dən (Braziliya) “Xəzər Lənkəran”a

 

Villian Tyeqo De Jezuş sadə “Sergipe” klubunun ən ümidverici oyunçularından olub. Kiçik yaşlarından “Qremio”nun azarkeşi olan Jezuş, sevimli komandasından təklif alan kimi, düşünmədən qəbul edir. Ancaq burada karyerası alınmır. Hətta bir ara icarə əsasında Yaponiyanın “Kiota Sanqa” klubunda peyda olur. 2013-cü ildə “Fiqeyrense”yə keçən Jezuş üç qol vura bilir. Jezuşu standart zərbələrin ifası zamanı yaxşı mövqe seçmək bacarığı fərqləndirir. Futbolçu “Xəzər Lənkəran”la bir il yarımlıq müqavilə imzalayıb.

 

Caba Dvali (Gürcüstan)
Ünvan: “Dinamo”dan (Tbilisi, Gürcüstan) “Qarabağ”a (icarə əsasında)

 

Cava Dvalinin kifayət qədər maraqlı karyerası var. Öz peşəkar addımlarını Tbilisi “Dinamo”sunda atmış Caba, “Sioni”, “Çixura Sançxere” və “Olimpi”də oynamağa da macal tapıb. İki il Kişinyovun “Daçiya” komandasında keçirmiş futbolçu 41 oyunda 19 qol vurub. “Zestofani”də çıxış edərkən isə azərbaycanlı azarkeşlərin yaddaşında qalıb. Caba o zaman ÇL-in təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qol vura bilib. İnişil isə “Dinamo”ya qayıtmış Caba yığmaya dəvət alıb. İlk yarım ili “Qarabağ”da icarə əsasında oynayacaq Cabanı ələ keçirmək üçün, Ağdam klubunun bu müddətin sonunda futbolçunun müqavilə hüququna yiyələnmək imkanı olacaq.

 

Vyekoslav Tomiç (Xorvatiya)
Ünvan: “Şerif”dən (Moldova) “Xəzər Lənkəran”a

 

Görünür, Mustafa Dənizli komandasının “əmma”lı mövqelərindən birinə əlac tapıb. Yoxsa “gəmiqayıranlar” qapını əcnəbiyə etibar etməzdi. 30 yaşı qapıçı Moldova “Şerif”inin əsas heyətinə heç cür düşə bilməyərək, ötən il orada cəmi üç oyun keçirib. “Şerif”ə “Karabükspor”dan gəlmiş qapıçı üçün burada bir nömrə statusu heç zaman qəti olmayıb. Tomiş “Xəzər Lənkəran”da növbəti yarım ili keçirəcək.

 

Deyan Blajevski (Makedoniya)
Ünvan: “Turnovo”dan (Makedoniya) “Xəzər Lənkəran”a

 

Cənub komandasının Balkan yarımadasından daha bir tapıntısı Deyan Blajevski oldu. “Turnovo”nun heyətində son iki ildə 54 oyunda 39 qol vurmuş Blajevski, lənkəranlılarla bir il yarımlıq müqavilə imzalayıb. Futbolçu Makedoniya yığmasına iki dəfə dəvət alıb və bir dəfə qol sevinci yaşayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.