29 yanvar 2014 14:44
Qonsales və Cəlili Real Madrid məktəbinə baş çəkdilər
Futbol üzrə yeniyetmə qızlardan ibarət (U-19) yığmamızın baş məşqçisi Patrisiya Qonsales və komandanın oyunçusu Nigar Cəlili “Vətən” məktəbinə baş çəkiblər. Azerisport.az xəbər verir ki, “Vətən” sosial idman məktəbi “Real Madrid” Fondu və Gənclər və idman nazirliyinin əməkdaşlığı əsasında yaradılıb.
Məktəbin sponsoru “Azəridmanservis” ASC-dir. Məktəbdə baş məşqçi Qonsales 8 məşqçi və 18-i qızlar olmaqla 34 futbolçu ilə master-klass keçib.
Xatırladaq ki, əməkdaşlıq haqda müqavilə ötən il aprelin 29-da imzalanıb. “Vətən” məktəbi “Real Madrid” Fondunun Avropada 8-ci məktəbidir.
