29 yanvar 2014 14:14
Tuqrul Erat: İnsan öz üzərində işləməli və heç zaman özünə inamı itirməməlidir
Düsseldorf “Fortuna”sının və gənclər millimizin yarımmüdafiəçisi Tuqrul Erat klubda çıxışı, müqaviləsi və Azərbaycan yığmasına gəlişi haqda danışıb.
- İlk növbədə, əsas heyətdə əla çıxışa görə sizi təbrik edirik. Əsas komandada oynayacağınızı deyəndə, hansı hissləri keçirdiniz?
- Məşqçi Oliver Rek mən onda dedi ki, ilin axırına qədər əsas komandada oynaya bilərəm. Çox xoşbəxt idim, ancaq eyni zamanda çox həyəcanlı idim. Kayzerslauternə ilk oyunuma gələndə məşqin gedişində həyəcandan qarnım sancırdı. Ancaq iş oyuna çatanda, bütün əsəb yox oldu. Bu zaman sadəcə, bacardığımı edirdim və xoşbəxt idim ki, onda qalib gələ bildik.

- “Fortuna” ilə müqavilənizi artırmağa hazırlaşırsınız?
- 2009-cu ildən Düsseldorfdayam. Bu müddət ərzində ilk komandaya yüksələ bilmişəm. Bu mövsümün sonuna qədər komanda ilə müqaviləm var. Hazırda yeni müqavilə ilə bağlı qabaqcadan müzakirələr gedir. Menecerim Helmut Şulte danışıqlarda iştirak edir. Məsələ açıq olaraq qalır, görək, hər şey necə inkişaf edəcək.

- Hazırda məqsədləriniz nədir?
- Hər şeydən öncə, zədələrdən qaçmaq və əsas heyətdə mümkün qədər çox oynamaq istəyirəm. Meydanda nə qədər dəqiqə keçirməyim vacib deyil. Sadəcə uğur qazanmaq və inkişaf etmək istəyirəm.

- Azərbaycan yığmasına necə gəldiniz?
- Gənclər yığmasının baş məşqçisi Bernhard Lippert və “Kayzerslautern” klubunun ikinci komandasının məşqçisi Taşkın Aksoy köhnə dostlardır. Lippert hücumameylli oyunçu axtarırdı. Söhbət əsnasında mənim haqda söz düşüb. Mənə müraciətdən sonra valideynlərimlə bu təklif haqda məsləhət etdim. Təklifi qəbul etdim. U-21-in heyətində dörd oyuna üç qol vura və iki qol ötürməsi edə bildim. Bir qayda olaraq, komandada mənimlə türkcə danışırlar. Əlbəttə, müəyyən ləhcə ilə.

- İlk komandanız “Yunion Nettetal” olub. Bu klubla əlaqələriniz var?
- “Yunion Nettetal” ilə yaxşı əlaqələrim var. Demək olar ki, hər həftə komandanın oyunlarına baş çəkməyə çalışıram. Axı orada mənim dostlarım çıxış edir. Həm əsas və həm də əvəzedici heyətdə. “C” gənclər yığmasında Lars Koxanekin rəhbərliyi altında liqada bizim uğurlu mövsümümüz olmuşdu. Sonra “B” yığmasında mən digər məşqçi Panos Xaralambakisdən çox şey öyrəndim.

- Karyerasında belə sıçrayış arzusunda olan gənc istedadlara hansı məsləhəti verərdiniz?
- Oyunçular həmişə intizama riayət etməlidir. Öz üzərində işləməli və heç zaman özünə inamı itirməməlidir. Heç 18 yaşım olmamış mən “Fortuna”ya təzə gəlmişdim. Ancaq 18 yaşlı futbolçular var ki, ÇL-də oynayırlar. Bu, o deməkdir ki, sonra harada olacağını heç də həmişə bilmək olmur. Futbol skautları gəncləri izləyir. Hər an hər şey baş verə bilər.