29 yanvar 2014 13:00

Rüstəm Əliyev: Hər bir oyuna final matçı kimi çıxmaq lazımdır

“İnter”in əvəzedici komandasının baş məşqçisi Rüstəm Əliyev klub saytına müsahibəsində yetirmələrinin mövsümün ikinci hissəsinə hazırlığından danışdı, keçirilən yoldaşlıq matçlarından bəhs etdi və digər suallara cavab verdi. Azerisport.az Rüdtəm Əliyevin müsahibəsini diqqətinizə çatdırır:

-20 gün ərzində “İnter” mövsümün ikinci hissəsinə fəal şəkildə hazırlaşdı, yoldaşlıq matçları keçirdi. Hazırlığın gedişindən razı qaldınız?

-Toplanış planlaşdırdığımız şəkildə keçdi. Hazırlıq doğru istiqamətdə getdi. Bundan başqa, biz komandaya “İnter” U-17 və U-19 komandalarından bir neçə futbolçu cəlb etdik. Onları yoxlamaq üçün də yoldaşlıq oyunlarının keçirilməsi lazım idi. Hazırda biz onlarla bağlı qərar qəbul edirik. Güman ki, onlardan bəziləri komandada qalacaq. Əlavə edim ki, toplanışda lazımi şəraitlə təmin olunmuşduq və buna görə klub rəhbərliyinə, xüsusilə də prezident Georgi Nikolova və komandanın direktoru Natiq Məmmədova minnətdarlığımı bildirirəm.

Şuşa” klubu ilə son yoxlama qarşılaşması göstərdi ki, komanda yaxşı fiziki vəziyyətdədir. Bu qarşılaşmada uşaqlar özlərini yaxşı tərəfdən göstərdilər. Bəli, oyun zamanı oyunçular müəyyən səhvlərə yol verdilər, ancaq ümumilikdə gördüklərimdən razı qaldım.

 

-Bu isə o deməkdir ki, qış hazırlığı komandaya mövsümün ikinci hissəsində özünü göstərməyə imkan verəcək?

-Bəli. Bizim ixtiyarımızda demək olar bir ay vaxt vardı, lakin komandamızda yeni futbolçular olduğuna görə onları yoxlamaq üçün çox yoldaşlıq matçları keçirdik.  Fiziki planda yaxşı hazırlaşdıq, taktiki-texniki tapşırıqlara da diqqət ayırdıq. Gənc futbolçular çempionatın oyunlarına hazır olduqlarını nümayiş etdirdilər. 

 

 -Сari mövsümdə Premyer Liqa klubları üçün U-19 çempionatında iştirak məcburi xarakter aldı. Bu vəziyyət komandanıza necə təsir göstərir?

 - Mən deyərdim ki, belə bir çempionatın keçirilməsi bizim xeyrimizədir. Biz futbolçularımızı oyun praktikası qazanmaları məqsədilə U-19 komandasına göndəririk. Məhz U-19 komandasının oyunları sayəsində İlkin Sadıqov, Sərtan Taşkın, Amil Atakişiyev və digər uşaqlar yaxşı formadadır. Etiraf edirəm ki, bu liqanın yaradılması bizim üçün faydalı oldu. Futbolçular daha çox oyun praktikası qazanırlar və daha çox inkişaf edirlər.  

  

-“İnter” çempionatın ikinci hissəsinə 11 xal üstünlüyü ilə başlayır. Bu vəziyyət komandanı rahatlaşdıra bilərmi? Axı lider çox zaman motivasiyada müəyyən problemlərlə üzləşir?

 -Biz belə problemlə qarşılaşmayacağıq. İkinci dövrənin “Qarabağ”la keçirilən son oyununda  bizim belə problemlərimiz baş vermişdi. Bu oyundan sonra bununla bağlı uşaqlarla söhbətim oldu, həmin görüşdə qeyd edildi ki, çempionat yenicə final mərhələsinə qədəm qoyur və rahatlaşmaq olmaz. Hər oyuna ciddi yanaşmaq lazımdır. Hər bir oyuna final oyunu kimi çıxmaq lazımdır. Çempion olmaq istəyiriksə, o zaman bu məsələyə tam məsuliyyət hissi ilə yanaşmalıyıq. Bundan başqa, uşaqları hər oyuna psixoloji cəhətdən də hazırlayacağıq.

 

 -Əvəzedici heyətlər arasında keçirilən çempionat rəqabətli ilə fərqlənir. Əsas rəqibləriniz hansı klublardır?

 -Bütün komandalar yaxşıdır. Çempionatda çox güclü rəqabət var. Əsas rəqiblərimiz “Simurq”, “Qəbələ”, Neftçi” və “Xəzər-Lənkəran” klublarıdır. Sadalanan klublar özünəməxsus oyun tərzi ilə seçilir. Onlarla oyun asan olmur. Qalan klublara da diqqətlə yanaşmaq lazımdır, yalnız bu halda uğura ümid edə bilərik.

(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.