28 yanvar 2014 00:33

Qış bazarının beş ən maraqlı transferi

TPL klubları qış bazarlığında fəal olmasalar da, bazarın bağlanmasına hələ vaxt var. Azerisport.az mövsümlərarası fasilədə gerçəkləşmiş ən maraqlı transfer “xəmsə”sini diqqətinizə çatdırır:
Elnur Allahverdiyev
Ünvan: “Xəzər Lənkəran”dan “Qəbələ”yə
Allahverdiyev mövsümü “Xəzər Lənkəran”da başladı, ancaq Toşakla münasibətləri alınmadı. Elə bu əsnada “gəmiqayıranlar”a “radarlar” müraciət etdi. Syominin cinahları qüvvətləndirmək istəyinə Allahverdiyev uyğun gəlmişdi. Beləliklə, millinin müdafiəcisi oyun təcrübəsini itirmədi və Syominlə anlaşma bir sözə bənddir. İcarə ilin axırında başa çatdı. Tərəflər stol arxasına keçib razılığa gəldilər və Elnur Allahverdiyev cənubdan şimala üz tutdu. Maraqlıdır ki, Allahverdiyevin özü “radarlar”ın düşərgəsinə azad agent kimi gəldiyini etiraf edib və cənublulara heç bir bağlantısının olmadığını dilə gətirib. Daha bir maraqlı məqam isə, “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Mustafa Dənizlinin Alahverdiyevi öz komandasında görmək istəyidir. Ancaq futbolçu çempionluq uğrunda real mübarizəni avrokuboklar yolunda nəzəri çarpışmadan üstün tutdu.
Rəşad Abdullayev
Ünvan: “Bakı”dan AZAL-a (“Rəvan”dan)
Yarımmüdafiəçi Rəşad Abdullayev üçün ötən il maraqlı alındı. Yayda “Qəbələ ”dən “Bakı”ya keçən futbolçu yeni baş məşqçi Milinko Pantiçin gəlişi ilə mütəxəssisin planlarına uyğun gəlmədi. İcarə əsasında “Rəvan” keçən Abdullayev 14 oyund meydana çıxaraq elə də uğurlu çıxışı ilə seçilməyən komandanın əsas ifaçısına çevrildi. İcarə müddətinin sonunda “Bakı”ya qayıtsa da, İspaniya toplanışına aparılmadı və AZAL-a satıldı. Natamam il ərzində dördüncü klub...
Samir Məsimov
Ünvan: “Lokomotiv”dən (Moskva) “Neftçi”yə
İstedadlı hücumameylli yarımmüdafiəçi uğrunda mübarizəni “Flaqman” qazandı. Vaxtilə “Spartak”ın yeniyetmələrdən ibarət komandasında top qovmağa macal tapmış “Lokomotiv”in yetirməsi üçün “Neftçi” ilk peşəkar klub olacaq. Buna qədər Rusiyanın yeniyetmələr liqasında çıxışları ilə kifayətlənmiş  18 yaşlı Məsimov Kazan “Rubin”inin təklifində perspektiv görməyib “Neftçi”ni seçməklə qətiyyətini göstərmiş oldu.
Usim Nduka
Ünvan: “Tavşanlı Linyitspor”dan “Simurq”a
Bir illik fasilədən sonra millinin sabiq müdafiəçisi TPL-ə qayıdır. Azərbaycan pasportlu nigeriyalı Türkiyənin Birinci divizionunda özünü göstərə bilmədi. Artıq sabiq klubunun acınacaqlı vəziyyəti buna səbəbdir. Andrey Popoviçin də çıxış etdiyi və bu qış fasiləsində ayrıldığı “Tavşanlı Linyitspor” maliyyə cəbhəsində çətin dövrlər yaşayır. Xatırladaq ki, başına gələn macəralara qədər Nduka doqquz il AZAL-ın şərəfini qoruyub.
Orxan Əliyev
Ünvan: “Sumqayıt”dan “Xəzər Lənkəran”a
Gənclər yığmasının 18 yaşlı hücumçusu “Gənclər Şəhərin”də iki mövsüm keçirib. Bir vaxtlar onun “Portu”ya keçəcəyi barədə söz-söhbət dolaşırdı. Ancaq Əliyev geri qayıtdı və Mustafa Dənizlinin komandasında oynayacaq. Orxan Əliyev “kimyaçılar”ın heyətində 46 oyunda 10 dəfə fərqlənib. Əlbəttə, hücumçu üçün yüksək göstərici olmasa da, bu halda futbolçunun yaşını da əsas götürmək olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.