28 yanvar 2014 12:28
Saşa Yunisoğlu iki dəqiqə oynadı
Türkiyə Birinci divizionunda 22-ci turun son görüşü keçirilib. Azerisport.az xəbər verir ki, Saşa Yunisoğlunun komandası “Tekden Denizlispor” öz meydanında “Balıkesirspor”u qəbul edib və 1:0 hesablı qələbə qazanıb.
Saşa Yunisoğlu 90-cı dəqiqədə meydana çıxıb və oyuna əlavə edilmiş iki dəqiqəni meydanda keçirib.
Hazırda “Tekden Denizlispor” yarış cədvəlində 22 xalla 14-cı pillədə qərarlaşıb.
