28 yanvar 2014 12:22
Sloveniya yığmasının sabiq məşqçisi: Biz Azərbaycan yığmasından güclüyük
Futzal üzrə Sloveniya yığmasının sabiq baş məşqçisi Duşan Razborşek hesab edir ki, Sloveniya yığması AÇ-nin dörddəbir final mərhələsinə çıxmağa qadirdir. Azerisport.az xəbər verir ki, Razborşek bunları söyləyib:
“Çox şey gözləyirəm. Mən İtaliya yığmasının oyunlarına baxmışam və hesab edirəm ki, sloveniyalılar öz qonşuları ilə bərabər gücdədir. Əvvəllər yığmamızı Azərbaycan yığmasından güclü hesab etdiyimi demişəm. Bizim üstünlüyümüz ondadır ki, əksər oyunçularımız xaricdə çıxış edir və eyni səviyyədə bir deyil, iki oyun keçirə bilərlər”.
