28 yanvar 2014 11:44

Rəcəb Fərəczadə: Avronun yarımfinalı Azərbaycan yığmasının minimum tapşırığıdır

Futzal üzrə millimizin oyunçusu Rəcəb Fərəczadə azerisport.az saytına müsahibəsində Belçikada keçiriləcək Avropa çempionatı və yığmamızın yarışda məqsədlərindən danışıb.

- Bu, sizin üçün üçüncü Avropa çempionatıdır. Antverpendə yarışqabağı ab-hava necədir?
- Hələlik xüsusi heç nə qeyd etməmişəm. Ümid edirəm ki, bizim üçün maraqlı və uğurlu yarış olacaq. Bizə qrup mərhələsinin bütün oyunlarının keçiriləcəyi arenada məşq etmək artıq müyəssər olub. Hələlik hər şey yaxşıdır.

- Yarışa lazım olduğu kimi hazırlaşa bildiniz?
- Artıq bir aydır ki, gərgin rejimdə çalışırıq. Hələ ötən il İstanbul toplanışımız da olub. Qeyd etmək istəyirəm ki, hazırlıq üsullarımız demək olar ki, misilsizdir. Komanda yarışa tamamilə hazırdır. Ən əsası, zədəlilər yoxdur.

- Komandada ab-hava necədir?
- Bunu xüsusilə qeyd etmək istəyirəm. Mübariz ab-hava var. Hamı döyüşə can atır. Rəqibləri öyrənir və indiyə qədər gündə iki dəfə məşq edirik. Öz uğurlarımız ilə ölkəmizi sevindirmək istəyirik.

- Rəhbərlik qarşınızda hansı vəzifəni qoyub?
- Minimum tapşırıq yarımfinala çıxmaqdır. Ancaq qarşıya qoyulmamış tapşırıqlarsız da komanda dörd il əvvəlki uğurunu təkrarlamaq istəyir. Qrupumuz olduqca mürəkkəbdir. İtaliya və Sloveniyanı keçmək çox çətin olacaq. Özü də bizə qrupda birinci pilləni tutmaq lazımdır ki, dörddəbir finalda İspaniya ilə qarşılaşmayaq.

- Qrupun favoriti sayılan İtaliya yığmasını keçməyə gücümüz yetəcək?
- İtaliya yığması qrupda yeganə rəqibimiz deyil. Sizə deyim ki, hazırkı Sloveniya yığması İtaliya komandasından zəif deyil. Hər üç komandanın bərabər şansları var.

- Əgər birdən ikinci yeri tutsaq?
- İspaniya yığması qeyd-şərtsiz nəinki qrupun, bütün yarışın favoritidir. Heç kim onların birinci olacaqlarına şübhə etmir. Bu halda, qrupumuzun ikinci komandası onlarla qarşılaşacaq. İspanlar intizamlıdır və bütün oyun boyu özlərinə arxayınlıq vermirlər. Onlar güclüdür: həm komandanın qarşılıqlı əlaqəsində, həm də fərdi olaraq. Mümkünsüz heç nə yoxdur. Hər halda, biz birinci olmağa cəhd edəcəyik (gülümsəyir).

- Komandanın yarışa ikinci turda qoşulması müsbət haldır?
- Sloveniya yığmasının hansı vəziyyətdə olmasını əyani görəcəyik. Rəqibin bizi tanımaq üçün belə gözəl imkanı olmayacaq. Bu, bizə ilk və ən vacib oyunda əlavə şans verir. Onlar tez-tez qapıçını beşinci meydan oyunçusuna dəyişməyi sevirlər. Təhlükəli komandadır. Demək, onları İtaliyaya qarşı oyunda görmək vacib olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.