28 yanvar 2014 11:00
AFFA-nın növbəti konfransı keçiriləcək
Martın 7-də, 11:00-da AFFA-nın növbəti konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, AFFA-nın nizamnaməsinə uyğun olaraq, konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Prezident tərəfindən salamlama;
- Yığıncağın tərkibinin yoxlanılması;
- İcraiyyə komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması;
- Maliyyə hesabatının təsdiq olunması;
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və təftiş komitəsinin hesabatını nəzərə almaq;
- Növbəti ilin büdcəsinin təsdiq olunması;
- Hər hansı vakant vəzifəyə seçkilər;
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması.
(AFFA)
