28 yanvar 2014 10:55
Göyəzən transfer fəallığı ilə seçildi
Futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən “Göyəzən” komandası qış transfer dövründə heyətinə dörd futbolçu cəlb edib. Azerisport.az xəbər verir ki, Qazax təmsilçisi Kamran Dəmirov, Ənnağı Məmmədov, İlham Məmmədli və Fərid Alıyevlə müqavilə imzalayıb.
Bundan əlavə klub Kənan Novruzov, Azər İbrahimov, Anar İmanquliyev və Fazil Vəliyevlə yollarını ayırıb.
(PFL)
