28 yanvar 2014 22:33
Xəzər Lənkəran Vətənə qayıdır
Yanvar ayının 5-dən etibarən Türkiyənin Antalya şəhərində qış təlim məşq toplanışna start verən “Xəzər Lənkəran” bu gün keçirdiyi səhər məşqi ilə toplanışa yekun vurub. Azerisport.az xəbər verir ki, komanda sabah səhər saatlarında məskunlaşdığı “Ela Quality Resort” otelini tərk edərək Antalya-İstanbul-Bakı aviareysi ilə vətənə yola düşəcək.
Bakıda “Modern” otelində toplaşacaq komandamız istirahət etmədən fevral ayının 1-də “Qarabağ” klubu ilə premyer-liqa matçının hazırlığına start verəcək.
(Klub saytı)
