28 yanvar 2014 20:33
Ruslan Abışovun komandası İspaniyaya yollanır
Heyətində millimizin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi Kazan “Rubin”i ikinci toplanışa yollanır. Azerisport.az klub saytına istinadən xəbər verir ki, Rusiya təmsilçisi bu dəfə İspaniyanın Estepon şəhərciyində hazırlıq keçəcək.
Burada komanda fevralın 5, 8 və 11-i tarixlərində üç yoxlama oyunu keçirməyi nəzərdə tutub. Hazırda “Rubin”in bir yoxlama rəqibi məlumdur. Kazan təmsilçisi fevralın 5-də Rumıniyanın ÇFR (Kluj) komandası ilə qarşılaşacaq.
