28 yanvar 2014 19:22
TPL-də ispaniyalı hücumçu peyda ola bilər
“Tenerife”nin ispaniyalı hücumçusu Gilyem Marti Azərbaycan çempionatında çıxış edə bilər. Azerisport.az xəbər verir ki, 29 yaşlı hücumçu Azərbaycan, Türkiyə, Yunanıstan və İspaniya Sequndası klublarının maraq dairəsindədir.
Buna rəğmən, klubu ilə müqaviləsi başa çatmış Martinin komandada qalmaq istəyi də maraq doğurur.
