28 yanvar 2014 18:22
Bakı-2015 Rio-2016-ya yeddi idman növü üzrə lisenziya verəcək
2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarında Rio-2016 olimpiadasına yeddi idman növü üzrə lisenziya oynanılacaq. Azerisport.az həmin idman növlərini diqqətinizə çatdırır:
Veloidman, ox atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və çimərlik voleybolu.
Qeyd edək ki, bu siyahıya digər idman növlərinin əlavə edilməsi də istisna edilmir.
