28 yanvar 2014 18:00
İsgəndər Cavadov: Əgər Azərbaycan yığması Avronu əldən versə, baş məşqçi özü getməlidir
AFFA İcraiyyə komitəsinin üzvü İsgəndər Cavadov azerisport.az saytına açıqlamasında Belçikada keçiriləcək futzal üzrə Avropa çempionatında komandamızın şansların qiymətləndirib:
“Yığmada yeni oyunçular, ələlxüsus braziliyalılar peyda olub. Düşünürəm ki, bizim güclü yığmamız var. Bu qrupu keçə biləcək gücdəyik. Birinci pillədən mübarizəni davam etmək daha arzuolunandır. Pley-offun ilk mərhələsində güclü İspaniya komandası ilə oynamaq istəməzdik. İki il qabaq Xorvatiyada komanda qrup mərhələsini adlaya bilmədi. Əgər bu təkrar baş verərsə, yığmanın məşqçi (Joze Alesio - red.) özü getməlidir. Biz yerimizdə saymamalıyıq. Əgər braziliyalı mütəxəssis öz tapşırığının öhdəsindən gələ bilməsə, yeni məşqçi dəvət etmək lazımdır”.
