28 yanvar 2014 14:28
TPL təqvimində dəyişiklik edildi
Azərbaycan milli komandasının 1-5 mart tarixlərində baş tutacaq təlim-məşq toplanışını və 5 mart tarixində keçiriləcək yoldaşlıq görüşünü nəzərə alaraq Topaz Premyer Liqasının təqvimində dəyişikliklər edilmişdir. Azerisport.az dəyişiklikləri diqqətinizə çatdırır:
1. 21-ci turun “Bakı” - “Neftçi” oyunu 16 fevral tarixindən 15 fevral 2014-cü il tarixinə keçirilmişdir.
2. 22-ci turun bütün görüşləri 19 fevral, 23-cü turun bütün görüşləri 23 fevral, 24-cü turun bütün görüşləri isə 28 fevral tarixinə keçirilmişdir.
(PFL)
