28 yanvar 2014 13:55
Rüfət Dadaşov Kayzerslautern çempionu oldu
Heyətində millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Almaniyanın “Kayzerslautern” klubunun ikinci komandası futzal üzrə eyniadlı şəhərin çempionu olub. Azerisport.az xəbər verir ki, Dadaşovun komandası yarışın gedişində üçü qrup, biri yarımfinal və final oyunları olmaqla, beş oyun keçirib və hamısında böyükhesablı qələbələr qazanıb.
Rüfət Dadaşov turnirdə beş qola imza atıb.
