28 yanvar 2014 13:44

Vüqar Nadirov: Çempion olmaq istəyiriksə...

"Qarabağ"ın futbolçusu Vüqar Nadirov azerisport.az saytına açıqlamasında Antalyadakı hazırlıqdan, "Xəzər-Lənkəran"la oyundan və yeni futbolçulardan danışıb.

- Antalyadakı hazırlığı qənaətbəxş saymaq olar?
- Fikrimcə hazırlıq yaxşı keçdi. Gözəl meydançalarda məşq etdik. Hər gün formanı bərpa etmək üçün çalışdıq. Zəhmətimizin bəhrəsini görməliyik. Yalnız yoldaşlıq matçlarının az olması bir qədər narahatlığa əsas verir. Amma bu, o qədər vacib deyil. Yeni futbolçularla birgə fiziki hazırlıq üçün çalışdıq. Azərbaycan çempionatında yaxşı hazırlaşdığımızı görəcəksiniz.

- Cəmi üç oyunun keçirilməsi problem yaratmaz ki?
- Əvvəlcədən dörd yoxlama görüşü planlaşdırılmışdı. Son oyun hava şəraitinə görə təxirə salındı. Bununla belə, oyunlardan razıyam. Səhvlərimizi gördük. Hansı məqamın üzərində daha çox işləyəcəyimizi öyrəndik. Havayla əlaqədar "Xəzər-Lənkəran"ın da son matçı təxirə saldı. Belə havada oynamaq böyük çətinlik yaradardı. 

- "Qarabağ" çempionata neçə faiz hazırdır?
- Çempionat uzun marafondur. Heç kim əminliklə söyləyə bilməz ki, hansı komanda çempion olacaq. Çünki, çempionatda gərgin rəqabət gözlənilir. Tam hazırıq söyləyə bilmərəm. Lakin çox yaxşı təlim-məşq toplanışı oldu. Tam hazırlıq üçün bir qədər çempionat oyunu lazımdı. Bir-iki görüşdən sonra tam formada olacağıq.

- "Qarabağ" lider kimi özünü necə hiss edir? Çempionluq şansları nə qədərdir?
- Lider kimi mübarizə aparmaq müəyyən qədər təzyiq yaradır. Rəqiblərimiz lider olmaq üçün yarışır. Biz isə birinci pilləni itirmək istəmirik. Çempionluq barədə danışmağa dəyməz. Hələ qarşıda 18 tur var. Bu turlar ərzində hər şey baş verə bilər. Qızıl medallar uğrunda ən az beş komanda yarışacaq. Medallar haqda düşündüyümüzdən, çətin oyunlar keçəcək.

- "Xəzər-Lənkəran"ın oyunlarına baxa bildin?
- Hazırlıq zamanı fikrimiz yalnız öz komandamızda idi. Ona görə digər klublarla qiyabi maraqlanırdıq. Rəqib yaxşı futbolçularla güclənib. Fasilədən sonra ilk oyun olduğu üçün müəyyən problemlər yarana biləcək. Hər iki komandada yeni futbolçular var. Uyğunlaşmaq üçün vaxt lazımdır. Oyuna ciddi hazırlaşacağıq. Arxayınlığın sonu yaxşı bitmir. Məqsəd qələbə qazanmaqdır. 

- Mətbuatda belə fikir səslənir ki, cari mövsüm, "Qarabağ" tarixinin ən güclü komandasıdır. Razısınız?
- Artıq neçənci ildir" Qarabağ"dayam. Bu fikirlə razı deyiləm, ona görə ki komandamız hər il yaxşı nəticə göstərir. Sabit oynamaqla yaxşı xal topladıq. "Qarabağ" hər zaman güclü olmaqla yanaşı, mütləq nəticəyə oynayır. Cari mövsüm pis başlamamışıq. İndi onun davamını gətirmək lazımdır. Ardıcıl pley-offa vəsiqə qazanan komanda zəif ola bilməz. Sadəcə, lider olduğumuzdan hamı indi güclü olduğumuzu düşünür.

- Yeni transferlər komandaya uyğunlaşa bildi?
- İstər-istəməz müəyyən vaxt lazım olacaq. Heyətdə zədəlilərin olması “Xəzər Lənkəran”la görüşdə itkilərimizin olacağı deməkdir. Əsas heyətin bir neçə oyunçusu olmasa belə, biz qələbəyə oynayacağıq. Yeni futbolçularımız uyğunlaşmaqda davam edir. "Qarabağ" çempionata 70-80% hazırdır. Qalan hissə turnir zamanı görünəcək. Biz fasiləni bitirdik və mübarizəyə hazırıq.

- Çempion olmaq üçün nə etmək lazımdır?
- İlk olaraq çempionat haqda düşünməmək. Hər oyuna qələbə üçün çıxmaq lazımdır. Məşq zamanı medal barədə düşünsən, oyun alınmayacaq. Nisbətən ortabab komandalarla görüşə ikiqat əzm lazımdır. Bizdə arxayınlıq yarandığından xal itirə bilərik. Ən vacib məqam isə əsas rəqiblərinə qalib gəlməkdir. Biz çempion olmaq istəyiriksə, "Neftçi" və "Qəbələ" ilə görüşlərdə xal itirməyə haqqımız yoxdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.