27 yanvar 2014 12:12
Böyükağa Hacıyev: Neftçiyə pis niyyətlə əl uzadanın əlini sındıraram
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında komandası ətrafında dolaşan söz-söhbət haqda şərh verib:
“Söz-söhbət həmişə var. Hamı bizim komandamızı sevmir ki. Ancaq qoy onlar sakit olsunlar. “Neftçi” bərk qozdur, onunla mübarizdə dişlərini sındıra bilərlər. Bilirsiniz ki, mən özümə kifayət qədər əminəm və tənqiddən də qorxmuram. Mənim öz mövqeyim, öz inamımı var. Kimsə mənim nədə isə günahkar olduğumu hesab edirsə, qoy qışqırsın. Qoy unutmasınlar ki, “Neftçi” böyük bir ailədir və başında Sadıq Sadıqov dayanıb. O, kluba kiminsə əlini pis niyyətlə uzatmasına imkan verməz. Əgər lazım gəlsə, mən həmin əli sındıraram”.
