27 yanvar 2014 00:13

"Türkiyə 1-ci divizionunda çıxış edənlər Azərbaycanın ən yaxşı klublarında oynaya bilməyənlərdi"

Samir Əliyev futbol legioneri həyatını yaşayan nadir azərbaycanlı futbolçulardandır. Hazırda məşqi olan Samir Əliyev azerisport.az saytına müsahibəsində legioner olmağı bacaracaq, ancaq istəməyən futbolçular haqda danışıb.

- İki il əvəzedicilərlə işləmisiniz. Bu yaxınlarda “Neftçi”nin məşqçisi oldunuz və qeyd etdiniz ki, hazırda “Neftçi”də çoxlu istedadlı gənclər var. Onlara əsas heyətin oyunçusu olmaq nə dərəcədə çətindir?
- Bu gün çoxlu istedadlı gənclər var. Ancaq onların bir problemi var ki, əsas heyətə yolların kəsir. Bu, xarici futbolçulara olan limitdir. Mən hesab edirəm ki, komandada yeddi legioner həddən çoxdur. Belə halda, gənclərə əsas heyətə düşmək çətinləşir.

- Bəs əcnəbilərin sayı nə qədər olmalıdır?
- Beş. Son vaxtlar komandaların əksəriyyəti öz uşaq-gənclər klublarına diqqət edir. Çoxlu istedadlar ortaya çıxıb. Yeri gəlmişkən, legionerlər limiti azalsa, bu, klublara yüksək səviyyəli əcnəbilər almaq imkanı verə bilər. Məsələn, “Neftçi”ni götürsək, bizdə 7-8 oyunçu var ki, özünü əsas heyətdə göstərə bilər.

- “Neftçi” gənc oyunçuları təcrübə yığmaları üçün başqa klublara göndərməklə, istedadların inkişafı üçün yaxşı variant həyata keçirir.
- Bəli və bu, uğur gətirir. Elvin Yuniszadə bir il “Simurq”da oynadı, “Neftçi”yə qayıtdı və əsas heyət oyunçuasu oldu. “Neftçi”də qalacağı təqdirdə bugünkü formanı yığacağı məlum deyil. Ruslan Qurbanov və Elşən Abdullayev “Sumqayıt”da oldular və qayıtdılar. Onların özünü göstərmək vaxtıdır.

- Onlardan kiminsə legioner olmaq vaxtı deyil?
- Hazırkı heyətdə legioner ola biləcək futbolçular var. Məsələn, Araz Abdullayev.

- Saytımıza müsahibəsində o, qeyd edib ki, hələlik xaricdə futbol karyerasına hazır deyil.
- Ola bilər ki, o daha güclü çempionatlarda oynamaq istəyir. Məncə, Araz Ukrayna çempionatında rahat oynaya bilər. “Şaxtyor”, Kiyev “Dinamo”sunu demirəm, ancaq digər klublarda oynaya bilər.

- Vaxtı ilə Ukraynanın “Volın”, Rusiyanın “Uralan” komandalarında oynamısınız. Gənc futbolçulara öz karyeranız haqda danışırsınız?
- O illəri xatırlayarkən, qeyd edim ki, bu, keçmiş ittifaq çempionatları idi və xüsusi problemlər olmurdu. Məndən yazlnız bir şey tələb edirdilər: hər oyunda öz səviyyəmi göstərmək. Məşqçilər oyunqabağı deyirdilər ki, legionerlər başqalarından daha güclü oynamağa borcludurlar. Rəqabət güclü idi. Mən bunu bilirdim və cani-dildən çalışırdım.

- Əgər o zaman maliyyə problemləri olmasaydı, bizim futbolçularımız uzaq ölkələrə gedərdi?
- bəli, bu da öz rolunu oynadı. Əlbəttə, mən gənclərə çox şey danışıram və ilk növbədə izah edirəm ki, onlar çox şeyə nail olmaq haqda arzulamalıdırlar.”Neftçi”ni oyunçunun son həddi hesab etmək olmaz. Hiss edirəm ki, çoxları ölkəni xüsusilə tərk etmək istəyində deyil. Ancaq xarici çempionatlar haqda arzu edənlər də var. Onalrın məqsədəi “Neftçi”nin əsas heyət oyunçusu olmaq, sonra isə xaricə yollanmaqdır.

- Son illər xarici çempionatlarda xüsusilə uğur qazana bilməyən azərbaycanlıların nümunəsi, sizcə, təsadüfən onları qorxutmur?
- Axırıncıları götürsək, Mahir Şükürov komandanın böyük pulları olunca və klub “superulduzlar” sövdasına düşüncə, “Anji”də oynayıb. Məsələn, Vaqif Cavadovun tam başqa əhvalatı olub.

- Türkiyə Birinci divizionuna gedənləri unutmamısınz? Onların arasında xüsusilə, Subaşiç və Yunisoğlu var.
- Mən onların xətrinə dəymək istəmirəm. Ancaq ora Azərbaycanın ən yaxşı klublarında oynaya bilməyənlər gedir. Ora gəncləri göndərmək lazım deyil. Yaxşısı budur ki, veteranlar getsin. Gənclər güclü ölkələrin çempionatına getməli və ilk növbədə pul haqda düşünməməlidirlər. Bunun üçün klub da çalışmalıdır. Məsələn, mənə “Bakı”nın yeniyetmə futbolçularını “Lans” və “Atletiko”ya toplanışa göndərməyi xoş gəlir. Bu, öz bəhrəsini verəcək.

- Başqa ölkələrlə müqayisədə, Azərbaycanda çox az futbolçu karyerasını bitirdikdən sonra futbolda qalır.
- Bizdə futbolçuların öz karyerasını bitirdikdən sonra, futbolda qalması üçün çoxlu klublar yoxdur. Öz işini sevənlər qalır. Prinsipcə, birinci liqada da işləmək olar. Eləcə də, yeniyetmə komandalarında. Füzuli və Xəqani Məmmədovlar, Ceyhun Sultanov və Fərrux İsmayılov kimi.

- Bəs niyə Samir Əliyev məşqçi oldu?
- Mən başqa heç nə bacarmıram. Hələ yaxşı məşqçi olub-olmayacağım məlum deyil. Bunu vaxt göstərəcək. Əvəzedicilərdən başladım, ancaq indi əsas komandada ikinci məşqçiyəm. Düzünü deyim, mən indi bunun necə çətin iş olduğunu başa düşmüşəm (gülür).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.