27 yanvar 2014 11:56
"Neftçiyə daha iki qol vura bilərdik"
Polşanın "Şlensk" klubunun hücumçusu Marko Payşao Antalyada Azərbaycan çempionu "Neftçi"yə qarşı keçirdikləri yoxlama oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
"Biz rəqib qapısı qarşısında kifayət qədər çoxlu qol epizodları yarada bildik. Hər iki hissəni təxminən eyni səviyyədə keçirməyimiz sevindirməyə bilməz. Daha iki qol vura bilərdik. Amma bu şansları yaxşı dəyərləndirmədik. Buna baxmayaraq, mən bu toplanışda sərgilədiyimiz oyundan razıyam".
