27 yanvar 2014 11:45
"Şadam ki, Neftçiyə qol vurdum"
Polşanın "Şlensk" klubunun hücumçusu Kamil Dankovski Antalyada Azərbaycan çempionu "Neftçi"yə qarşı keçirdikləri yoxlama oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
"Neftçi" asan rəqib deyildi. Bizə müsbət nəticə qazanmaq üçün çox çalışmaq lazım gəldi. Ağır olsa da, qazandığımız qələbəyə layiq idik. Şadam ki, bu oyunda mən də qol vura bildim. Baş məşqçiyə göstərmək istədim ki, mənə də şans verməlidi".
