27 yanvar 2014 11:34
Azərbaycan yığması Belçikaya 3 saatlıq gecikmə ilə çatdı
Futzal üzrə Azərbaycan yığması ötən gecə Belçikaya yollanıb. Azerisport.az xəbər verir ki, Joze Alesionun komandası Serbiyanın paytaxtı Belqraddakı 11 günlük təlim-məşq toplanıışını bitirən kimi Antverpenə yola düşüb.
Lakin komandamızın bu yolçuluğu heç də asan keçməyib. Belə ki, yığmamızın üzvləri mənzil başına 3 saatlıq gecikmə ilə çatıblar.
Qeyd edək ki, yanvarın 28-də Belçikada Avropa çempionatının qrup mərhələsinin oyunlarına start veriləcək. Azərbaycan yığması C qrupunda İtaliya və Sloveniyaya qarşı mübarizə aparacaq. Yığmamız ilk matçını yanvarın 31-də sloveniyalılara qarşı keçirəcək.
