27 yanvar 2014 10:55
Qəbələnin toplanışı başa çatmaq üzrədir
2013-2014 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 21-ci gününü iki məşqlə yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, Yuri Syominin başçılığı altında baş tutan məşqlərdə komanda toplu və topsuz çalışmalar, müxtəlif fiziki təmrinlər yerinə yetirib.
Daniel Subotiç və Rail Məlikov komandadan ayrı çalışıb. Zədəli olan Ebesilio və Omar Kalabane məşqlərdə iştirak etməyib.
Xatırladaq ki, "Qəbələ" sabah səhər saatlarında Antalya toplanışı çərçivəsində son məşqini keçirəcək. Axşam saatlarında isə "qırmızı-qaralar" vətənə dönəcək.
(Klub saytı)
