27 yanvar 2014 21:21
Özkaranın komandası üçüncü pilləyə yüksəldi
Türkiyə Superliqasında 18-ci turun oyunları keçirilir. Azeripsort.az xəbər verir ki, millimizin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” komandası öz meydanında yarışın autsayderi “Kayserispor”u qəbul edib.
Oyun meydan sahibinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, Özkara oyunu ehtiyat oyunçular skamyasından izləyib.
18 turdan sonra “Sivasspor” 32 xalla 3-cü pillədə qərarlaşıb.
