27 yanvar 2014 21:12
Portuqaliya yığmasının baş məşqçisi: Azərbaycan yığması tərəqqiyə davam edir
Futzal üzrə Portuqaliya yığmasının baş məşqçisi Jorji Braz AÇ-2014-ün “C” qrupunda yer almış komandalar haqda fikrini bölüşüb. Azerisport.az xəbər verir ki, Braz Portuqaliya KİV-nə bunları söyləyib:
“Əlbəttə, İtaliya yığması çox güclüdür. Sloveniyalılar isə son vaxtlar çox maraqlı nəticələrə imza atırlar. Bu səbəbdən onları siyahıdan silmək olmaz. Azərbaycan yığmasında hamı tərəqqiyə davam edir. Buna görə əsasən, milliləşdirilmiş braziliyalılara “sağ ol” demək lazımdır”.
