27 yanvar 2014 18:00
Rəvan artıq Vətənə dönüb
Mövsümün ikinci yarısına böyük ümidlərlə hazırlaşan "Rəvan” Antalya toplanışını başa vurub. Azerisport.az xəbər verir ki, komanda bu gün Bakıya dönüb.
3-cü dövrənin ilk turu çərçivəsində "Bakı” ilə fevralın 2-də qarşılaşacaq "aslanlar” sabahdan hazırlığın son mərhələsinə başlayacaq. Məşqlər "Bayıl Arena”da keçiriləcək.
Qeyd edək ki, "Rəvan” qış hazırlığı çərçivəsində 4 yoxlama oyunu keçirdi. İlk oyunda "Sumqayıt” ilə heç-heçə (0:0) etdikdən sonra bütün matçları qalib başa vurduq: "Araz Naxçıvan” (1:0), "Uniao”, Braziliya (2:1), "Universitatya Krayova”, Rumıniya (1:0). Xorvatiya elitasının təmsilçisi "Split”ə qarşı oyun isə əlverişsiz hava şəraitini görə baş tutmadı.
(Klub saytı)
