27 yanvar 2014 17:44
AFFA-da növbəti seminar keçiriləcək
Yanvarın 28-də və 29-da AFFA-nın inzibati binasında hakim-inspektor və AFFA nümayəndələri üçün seminar keçiriləcək. Azerisport.az xəbər verir ki, seminarda Topaz Premyer Liqası, Birinci divizion və əvəzedici komandaların çempionatına təyinat alan 70 nəfər hakim-inspektor və AFFA nümayəndəsi iştirak edəcək.
(AFFA)
