27 yanvar 2014 17:33

Ştefan Kremer: İnter ikinci Bundesliqada rahat mübarizə apara bilər

Almaniyanın "Arminiya" komandasının baş məşqçisi Ştefan Kremer azerisport.az saytına müsahibəsində "İnter"lə oyundan, Azərbaycan futbolundan və Berti Foqtsdan danışıb.

- "İnter"lə oyun haqda nə deyə bilərsiniz?
- Bakı klubu ilə görüşümüz 2-2 hesabı ilə başa çatdı. Rəqib yaxşı təsir bağışladı. Hərçənd, güclü yağışın yağması futbolçulara problem yaratdı. Oyunçularım istədiyi oyunu sərgiləyə bilmədi. Bununla belə, nəticənin oyuna görə olduğu qənaətindəyəm. Hər iki komanda üçün bu oyunun xeyri oldu. 

- Azərbaycan təmsilçisinin ilk hissədə çoxlu qol imkanları oldu. Siz bunu nə ilə izah edərdiniz?
- "İnter"dən belə yaxşı oyun gözləmirdik. Fikirləşirdim ki, biz asanlıqla qələbə qazanacağıq. Amma rəqib bizə çoxlu problem yaratdı. İkinci hissədə heyətin əksər üzvlərini dəyişdim. Mənim üçün əsas nəticə deyil, komandamın oyunu vacib idi. Öz yetirmələrimdən razı qaldım.

- Rəqibin heyətində tanıdığınız futbolçu vardı?
- Yalnız İaşvilini qiyabı tanıyıram. O, vaxtı ilə alman klublarının şərəfini qoruyub. Son klubu deyəsən, "Bohum" olub. Yaxşı futbolçudur. Onu yenidən görmək yaxşı oldu. Ümumiyyətlə, "İnter"in orta xətti yaxşı təsir bağışladı. Yəqin, bəzi futbolçular baxışda olduğu üçün heyətə bir o qədər öyrəşməyib.

- "İnter" Azərbaycan çempionatında 4-cü yerdədir. İkinci Bundesliqada çıxış etsə, hansı mövqedə qərarlaşar?
- Bizim "Arminiya" hazırda turnir cədvəlinin aşağı pilləsindədir. İkinci Bundesliqada 18 komanda yarışır. "İnter" turnirdə rahat mübarizə apara bilər. Belə oyunla turnir cədvəlinin ortalarında qərarlaşa bilər. Təxminən 6-10-cu yerlər uğrunda yarışar. Unutmayın ki, ikinci Bundesliqa göründüyü kimi zəif yarış deyil. Çox güclü rəqabət var. 

- Azərbaycan futbolu haqda hansı məlumatınız var?
- Berti Foqts Azərbaycan millisinə təyinat alandan sonra hamımız nəticələrlə maraqlanırıq. Yaxın keçmişdə Azərbaycan millisinin Almaniya ilə seçmə mərhələdəki görüşlərini izləmişəm. Son baxdığım, Portuqaliya ilə oyun oldu. Komandanız yaxşı təsir bağışlayır. Foqts gələndən sonra irəliləyiş hiss olunur.

- Sizcə Azərbaycan millisi Avro-2016-nın final mərhələsinə vəsiqə qazana bilər?
- Avro-2016-da rəqabət çox güclü olacaq. UEFA-nın etdiyi dəyişiklikdən sonra belə, Avropa çempionatına vəsiqə qazanmaq çətindir. Komandanız potensialını məşqçilər korpusu bilər. Mən dəqiq söyləyə bilmərəm. Ona görə mənə yalnız Foqtsa uğurlar arzu etmək qalır. O, Azərbaycan futbolunun inkişafına kömək edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.