27 yanvar 2014 15:44
Millimizin oyunçuları yenə Fortunada oynadı
Düsseldorf “Fortuna”sının heyətində çıxış edən gənclərdən ibarət millimizin futbolçuları Tuqrul Erat və Eren Taşkın komandanın La Maqna (İspaniya) toplanışı zamanı yoxlama görüşü çərçivəsində keçirdiyi oyunda meydana çıxıblar. Azerisport.az xəbər verir ki, futbolçularımız Norveçin “Odd Qrenland” komandasına qarşı forma geyiblər.
Erat bütün oyunu meydanda mübarizə aparıb. Taşkın isə 80-ci dəqiqədə əvəzlənib.
