27 yanvar 2014 15:22
Arkadi Belıy: Azərbaycan yığması AÇ-nin yarımfinalına çıxa bilər
“Araz”ın sabiq baş məşqçisi Arkadi Belıy futzal millimizin AÇ-2014-də şanslarını qiymətləndirib. Azerisport.az xəbər verir ki, Belıy bunları söyləyib:
“Bu çempionatın gizli favoriti olan iki komanda var: Ukrayna və Azərbaycan. Sonuncunu milliləşdirilmiş braziliyalılar təşkil edir. Özü də Azərbaycan yığmasının oyunçuları klub səviyyəsində Avropada yaxşı oyun göstərir. Ona görə də bu komandanı AÇ-nin yarımfinalında görmək olar”.
(R-Sport)
