Direktor əvəzedici heyətlə görüşdü
Bu gün "Şəfa" stadionunun mətbuat konfransı zalında "İnter" komandasının direktoru Natiq Məmmədov əvəzedici heyətin məşqçi heyəti və futbolçuları ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, mövsümün birinci hissəsini lider kimi başa vurması münasibətilə komanda üzvlərini təbrik edən Natiq Məmmədov xüsusi vurğulayıb ki, klub rəhbərliyi əvəzedici heyətin uğurlarına sevinir və komandanın bundan sonra da müvəffəqiyyətlə çıxış edəcəyinə inanır.
Əvəzedici heyətin baş məşqçisi Rüstəm Əliyev "Şəfa" stadionunda keçirilmiş təlim-məşq toplanışı barədə qısa məlumat verdi və yaradılmış şəraitə görə klub rəhbərliyinə minnətdarlığını bildirib. Komanda rəhbərliyinin həmişə diqqət mərkəzində olduqlarını qeyd edən Rüstəm Əliyev futbolçuların qarşıdakı oyunlarda da lider mövqelərini qoruyub saxlamarı üçün mübarizə aparacaqlarına da ümidvar olduğunu açıqlayıb.
Görüşdə digər cari məsələlər də müzakirə olunub.
(Klub saytı)
