27 yanvar 2014 13:33
İnter Paulinyo ilə müqavilə imzaladı
Bakının "İnter" komandası daha bir transfer reallaşdırıb. Azerisport.az xəbər verir ki, bir neçə gün davam edən danışıqlar müsbət həll olunub.
“Bankirlər” braziliyalı hücumçu Paulinyo ilə müqavilə imzalayıb. 28 yaşlı forvard baxışda olmayıb. Məşqçilər korpusu onunla birbaşa müqavilə imzalanmasını məqsədəuyğun hesab edib. Bu, "İnter"in qış transfer pəncərəsində son transferi olub.
