27 yanvar 2014 01:13
Zepp Blatter Azərbaycanda keçirilmiş dünya çempionatını xatırladı
FIFA prezidenti Zepp Blatter 2012-ci ildə Azərbaycanda 17 yaşa qədər qızlar arasında keçirilmiş dünya çempionatını xatırlayıb. Azerisport.az xəbər verir ki, Blatter bunları söyləyib:
“FIFA qadın futbolunu bütün dünyada təbliğ edir. Demək olar ki, bütün ölkələr və mədəniyyətlər bu oyunu oynayır. Biz 17 yaşa qədər qızlar arasında dünya çempionatını Azərbaycanda keçirdik, müsəlman ölkəsində. Belə bir yarış İordaniyada da olacaq”.
(Sovetski sport)
