27 yanvar 2014 13:00

Əliyar Ağayev: Oyun ərzində iki səhv buraxıram

Toplanışda olan FIFA referisi Əliyar Ağayev azerisport.az saytına müsahibə verib.
“Bu, Türkiyədə sayca beşinci toplanışdır. Məşğələlərimiz çox səmərəli keçdi. Çempionatın davamı ərəfəsində belə toplanışlar çox gərəklidir. Həmçinin, hər il biz daha güclü komandaların oyunlarını idarə edirik”, deyə Ağayev sözə başlayıb.
 
- Hakimlərin işində çətinliklər qış fasiləsindən sonra yaşanır. Bu zaman oyunların prinsipiallığı və çempionluğun taleyi son turlarda həll olunur. Buna psixoloji cəhətdən hazırsınız?
- Xaqani Məmmədov həmişə qeyd edir ki, əgər hakimlikdə problem varsa, bu, psixologiya ilə bağlıdır. Bəzən elə olur ki, oyuna özünəməxsus köklənirsən, ancaq oyun daha kobud olur. Bu halda oyunun gedişində hakim taktikasını dəyişməlidir. Oyunun sonları yaxınlaşdıqca, idarə etmək çətinləşir. Çünki, arzu olunan nəticəyə çatmayan klublar qələbə naminə ən müxtəlif üsullara əl atır.
 
- Oyunlara necə hazırlaşırsınız?
- Biz artıq komandalarımızı tanıyırıq və oyunlarına baxırıq. Həmkarlarımız ilə bu barədə söhbətləşirik və futbolçuların oyunu haqda bir-birimizdən soruşuruq. Oyun qabağı qeydlər edirik. Simulyantlara xüsusi diqqət ayırırıq.
 
- Çempionatda belələri çoxdur?
- Onlar var. Adları xüsusilə çəkmək istəməzdim. Ancaq onlar hər çempionatda var. Onlar ən azı on nəfərdir. Onlara münasibətdə biz eyni qərarları qəbul edirik. Əks halda müvazinət pozular.
 
- Klublar tez-tez hakimləri qabaqcadan hasil olan yanlış qənaətdə ittiham edir və mətbuat vasitəsi ilə bəyanat yayırlar. Bunu necə qəbul edirsiniz?
- Əgər bu haqda bir on il qabaq danışsaydılar, bu halda, onları başa düşmək olardı. Ancaq son beş-altı ildə, məncə, bu barədə söhbət belə gedə bilməz. əlbəttə, səhvlər olur, özü də kobud. Ancaq düşünürəm ki, bu səhvlər təsadüfüdür. Bütün hakimlər səhv edir. Həm Çempionlar Liqasında, həm də xarici çempionatlarda.
 
- Siz yeniyetmələrin Çempionlar Liqasını idarə etmisiniz. Hansı fərqli məqamları görmüsünüz?
- Premyer-liqanın səviyyəsi çox yüksəkdir. Bu, təbiidir. Belə ki, orada yeniyetmələr oynayır. Bununla belə, yaxşı fərdi keyfiyyətləri olan oyunçulara rast gəlmək olar. “Bavriya”da Mehmet Şolun oğlu oynayır. Onun 17 yaşı var. Ancaq U-19-da çıxış edir. Bu oğlan diqqətimdə qaldı.
 
- Yəni, premyer-liqadan sonra mühakimə etmək asandır?
- Bəli, özü də yalnız yeniyetmələrin Çempionlar Liqasını deyil. Ötən il UEFA bayrağı altında yeddi oyun idarə etmişəm. Hamısında işləmək bizim premyer-liqada işləməkdən asan idi. Bu, yalnız mənim fikrim deyil. Bizim bütün hakimlərimiz belə deyir.
 
- Bəlkə Avropada bir oyun idarə edib evə qayıdırsınız, ancaq yerli çempionatda böyük təzyiq olur?
-Siz düz qeyd etdiniz. İlk dəfədir ki, KİV nümayəndələrindən bu dərəcədə düzgün qiymət eşidirəm. Mən özüm də bunu demək istəyirdim. Ancaq siz məni qabaqladınız. Bütün hakimlər bir fikirdədir. Axı biz iki-üç olduğumuz ölkə mətbuatının konkret oyun haqda nə yazdığı ilə maraqlanmırıq. Premyer-liqada səhv başqa məsələdir. Mətbuat tərəfindən təzyiq başlanır. Razılaşmağa məcbur olacağın tənqid yönəlir. Bu mənada, səbirli olmaq və bu sədləri dəf etmək lazımdır. Bəzən kobud səhvlərdə sonra adam içinə çıxmaq da istəmirsən.
 
- Yəqin ki, səhv etməyən hakim olmur. Azərbaycan çempionatında orta hesabla nə qədər səhv buraxırsınız?
- Mən öz diqqətsizliklərimi təhlil etmişəm. Deyə bilərəm ki, oyun ərzində iki səhv olur. Çox yox. Əsas odur ki, onlar nəticəyə təsir etməsin.
 
- Sizi digər hakimlərdən fərqləndirirlər. Özünüzü beş il sonra harada görürsünüz?
- İşə başlayan hər bir adam öz qarşısında məqsəd qoyur. Mənim məqsədim irəli getməkdir. Hər şey məndən və UEFA-nın dəstəyində asılıdır. Bizdə də gənc hakimləri dəstəkləyirlər. Buna görə AFFA-ya minnətdarlığımı bildirirəm. Elit kateqoriyaya qədər yüksəlmək və Çempionlar Liqasının oyunlarına təyinat almaq istərdim. Hər kəs bu səviyyəyə çıxmaq istəyir.
 
- Hansı hakimlərdən nümunə götürürsünüz?
- Mənə yalnız qərarları ilə deyil, meydanda jestləri ilə də yadda qalan hakimlər xoş gəlir. İngilis Horvard Uebi qeyd etmək istərdim. Cüneyt Çakıra rəğbətim var. Bu dərəcədə soyuqqanlı hakim hələ görməmişəm. Mənə elə gəlir ki, bu, onun ən əsas keyfiyyətlərindəndir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.