26 yanvar 2014 20:50
Neftçi Polşa klubuna məğlub oldu (YENİLƏNİB)
Topaz Premyer Liqasının qalan 2 hissəsinə Türkiyədə hazırlaşan "Neftçi" bu gün Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun budəfəki rəqibi Polşanın "Şlensk" klubu olub.
Qarşılaşma "Neftçi"nin məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "ağ-qaralar" bundan öncə Albaniyanın "Partizani" (2:0), Türkiyənin "Fənərbaxça" (0:0), Qazaxıstanın "Tobol" (4:2) və Ukraynanın "Metallurq" (0:0) klublarıyla qarşılaşmışdı.
Yoxlama oyunu
26 yanvar
Neftçi - Şlensk - 1:3
Qol: Elvin Yunuszadə, 48.
NEFTÇİ: Pavel Doroşev, Məqsəd İsayev, Elvin Yunuszadə, Karlos Kardoso, Bruno Bertuççi, Denis Silva, Rəşad Sadiqov, Araz Abdullayev, Elşən Abdullayev, Mirhüseyn Seyidov, Ernest Nfor.
