26 yanvar 2014 11:56

Ramin Musayev: Klub rəhbərləri tənqid eşitmək istəyirlərsə...

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin azerisport.az saytına müsahibəsi 
- Klublarımızın Türkiyədəki neçə yoxlama oyununda oldunuz?
- Buradakı 7 klubumuzun bütövlükdə 15-ə yaxın oyununu izlədim. Etiraf edim ki, bütün oyunlar demək olar xoşuma gəldi. "Simurq"u xüsusi qeyd etmək istərdim. Bu komanda çox yaxşı oyun sərgilədi. Futbolçular məşqlərdə, yoxlama oyunlarında var güclərini qoyurdular. Görünür, bunu heyətdəki yerlərini qorumaqdan ötrü edirlər.
 - Bunu yaxşı məqam kimi qeyd etdiniz. Bəs xoşa gəlməyən hansı məqamlar var?
- Mən pis nəsə deyə bilmərəm. Əgər klub rəhbərləri tənqid eşitmək istəyirlərsə, gəlsinlər, şəxsən özlərinə deyim. Mən heç nəyi gizlətmərəm.
 - Əksər klublarımız Türkiyəyə üz tutsa da, "Bakı" İspaniyaya yollandı. Bəlkə digərləri də artıq ora üz tutmalıdı?
- Mənim fikrimcə, Antalyanı özümüzü burada evimizdəki kimi hiss etdiyimiz üçün seçirik. Burada İspaniyadan fərqli olaraq, viza ilə də bağlı problem yoxdu.
- Bu qış toplanışı zamanı klublarımızın çox az yeni futbolçu alması sizə qəribə gəlmir ki?
- "Neftçi"ni götürək. Bu klubun transferlərə ehtiyacı yoxdu. Komandanın öz heyəti var. Məşqçilər korpusu bu heyətə güvənir. Hazırlığa gəlincə, bunun səviyyəsinə 23-24-cü turlardan sonra qiymət verə bilərik.
 - Bəs "Neftçi" və "Rəvan"ın qışa qədər bir neçə məşqçi dəyişməsini necə qarşıladınız?
-
Əgər baş məşqçi ümidləri doğrultmursa, uğur qazana biləcəyi kollektivə düşməyibsə, getməlidi. Klublar da baş məşqçi təyin etməzdən öncə kimi gətirdiklərini maksimum analiz etməlidilər. Deyilənə görə, Nazim Süleymanov "Neftçi"dən özü gedib. Qurban Qurbanova indi ölkənin ən yaxşı məşqçisi kimi hamı hörmət edir. Amma mən "Neftçi"də çalışdığım vaxt onunla yollarımızı ayırmışdıq. Ağasəlim Mircavadov kimi məşhur mütəxəssislə də yollarımızı ayırmışdıq. Süleymanov yaxşı insandı, yaxşı futbolçu olub. Amma bir halda ki, onun "Neftçi"dən özünün getdiyini deyirlər, burada şərh olunası nəsə yoxdu. Şahin Diniyevin "Rəvan"dan getməsi isə fərqli məsələdi. Mən klub rəhbərliyinə də bildirmişəm ki, onu əbəs yerə buraxdılar.
 - İndi meydana 7 legioner çıxsa da, növbəti mövsümdən onların sayı azalacaq...
- Bu, hələ dəqiq deyil. Dəqiq olan bir şey var ki, meydana 21 yaşadək iki futbolçu çıxmalıdı. Amma klub rəsmiləriylə söhbətlərimizdə onlar bunun həyata keçirilməsinin tərəfdarı olmadıqlarını bildiriblər.
- Bəs siz özünüz meydanda neçə legioner olmasını istərdiz?
- Meydana 5 legioner də buraxmaq olar. Amma bu məsələdə tələsmək lazım deyil. Klubların da marağını nəzərə almaq lazımdı. Yalnız ondan sonra bu məsələni AFFA İcraiyyə Komitəsinin iclasına çıxarmaq olar.
- Sizə elə gəlmir ki, artıq ölkəmizdə yeni gənc nəsil yetişməkdədi?
- Perspektivli uşaqlar var. Bunu əvəzedicilərin çempionatından da görmək mümkündü. Amma indi onların qiymətinin necə çoxaldığına diqqət yetirin. Bəzi 17-18 yaşlı uşaqlar var ki, qiymətləri 50 min manata yaxındı.
 - Premyer Liqanın formatı dəyişəcək?
- Bilmirəm. Klub rəsmiləri bununla bağlı bizə heç nə deməyiblər.
 - Premyer Liqanın yayımı ilə məşğul olacaq şirkətlə bağlı nə yenilik var?
- Hələ sadəcə danışıqlar gedir. Hər şeyə martda aydınlıq gələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.