26 yanvar 2014 21:33
Böyükağa Hacıyev: Rəsmi oyunda Neftçi Şlenski udar
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında Türkiyə toplanışı çərçivəsində son hazırlıq oyununda Polşanın “Şlensk” komandasına məğlubiyyəti (1:3) şərh edib:
“Bu, toplanışın son oyunu idi və mən bir neçə dəyişiklik edərək, gəncləri meydana buraxdım. Burada olmasa, onları harada yoxlayaq? Cavanlar müxtəlif oynadı. Biz hələ toplanışın yekunlarını keçirəcəyik. Səhvlərimiz üzərində işləyəcəyik. Rəqibə gəlincə, pis komanda deyil. Biz xəsis deyilik, qoy bizi udsunlar, ancaq yoldaşlıq oyununda. Rəsmi oyunda “Neftçi” başqa cür oynayacaq və qələbə qazanacaq”.
