26 yanvar 2014 20:30
Millimiz Küveytə qalib gəldi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Küveytin U-21 komandası ilə qarşılaşan yığmamız Tərlan Quliyev və Kərəm Benkhenin vurduğu qollar sayəsində 2:1 hesabı ilə qələbə qazanıb.
